“Qarabağ”ın oyununa gedənlərin diqqətinə

qarabagin-oyununa-gedenlerin-diqqetine
Oxunma sayı: 1918

“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda baş tutacaq “Çelsi” ilə oyunqabağı azarelşlərə müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, məlumatda qeyd edilir:

"Girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur".