“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

qarabagin-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 1266

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Şerif” (Moldova) oyununa 17 min bilet satılıb.

Klubunun mətbuat katibi Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu rəqəm dünən axşama olan son nəticədir. Bu gün nə qədər biletin satıldığı isə hələ ki, məlum deyil.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.