“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
Oxunma sayı: 2229

Bu gün ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubunu qəbul edəcək.

Ağdam klubundan "Qafqazinfo"ya verilən məlumata görə, bu saatadək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 22 min bilet satılıb. Oyunun başlama saatınadək satılan biletlərin sayında artım olacağı istisna olunmur. 

Qeyd edək ki, qarşılaşma saat 20:30-da start götürəcək. Qurban Qurbanovun komandası səfər oyununda rəqibini 2:1 hesabı ilə məğlub edib. "Atlılar" APOEL səddini keçəcəyi halda pley-off mərhələsində "Ayaks" - PAOK cütünün qalibi ilə qarşılaşacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi