“Qarabağ”ın oyunundan sonra media sektorun vəziyyəti... - Foto

qarabagin-oyunundan-sonra-media-sektorun-veziyyeti
Oxunma sayı: 6977

Dünən “Qarabağ”ın “Şerif”i 3:0 hesabı ilə məğlub etdiyi oyundan xeyli pozitiv görüntülər paylaşılsa da, onların arasında təəssüfləndirici məqamlar da yer alıb.

"Qafqazinfo" xəbər verir ki, bu fotolardan biri media sektordan çəkilib və acınacaqlı durumu ortaya çıxarıb.

Fotonu jurnalist Xəyal Azəroğlu sosial şəbəkədə paylaşaraq ərəb turistləri səliqəsiz, natəmiz olduğuna görə tənqid edənlərə sual ünvanlayıb:

"Niyə ərəbləri pinti olmaqda ittiham edirsiz? Niyə öz gözünüzdə tiri görməyib başqa gözdə çöp axtarırsız? Bu foto "Qarabağ" - "Şerif" matçından sonra çəkilib. Media və qonaq sektorunda əyləşən izləyicilərin özlərindən sonra qoyub getdikləri izdi..."