“Qarabağ”ın oyununun hakimi müəyyənləşdi

qarabagin-oyununun-hakimi-mueyyenlesdi
Oxunma sayı: 654

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə II turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, çempion “Qarabağ”ın “İnter”lə görüşü Rauf Cabbarova həvalə edilib.

FİFA referisi Əliyar Ağayev isə “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında ədalət təmsilçisi olacaq.  

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov 
“Dalğa Arena”
 
20:00. “Qarabağ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Azərsun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Yevlax şəhər stadionu
 
20:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu