“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

qarabagin-oyununun-vaxti-deyisdirildi
Oxunma sayı: 934

“Sumqayıt” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, klub Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Qarabağ” görüşünün nəzərdə tutulandan 1 gün sonra-22 aprel tarixdə keçirilməsini xahiş edib.

“Sumqayıt” klubunun müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL-in qəbul etdiyi qərara əsasən, Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Qarabağ” oyunu aprelin 22-də, saat 19:00-da keçiriləcək.