“Qarabağ”ın potensial rəqibi bəlli oldu - Yenilənib

qarabagin-potensial-reqibi-belli-oldu
Oxunma sayı: 5839

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  32 komanda iştirak edəcək. 

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

***

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) - cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə görüşəcək. 

***

Bütün cütlər isə aşağıdakı kimidir

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)

“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi - “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi - “Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi - “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

Liqa yolu

“Standard” (Belçika) - “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi

“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)

“Slaviya” (Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi - “Spartak” (Moskva, Rusiya)