“Qarabağ”ın qazancı açıqlandı

qarabagin-qazanci-aciqlandi
Oxunma sayı: 4121

Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə birgə E qrupunda çıxış edəcək “Qarabağ” qrup mərhələsinə keçirdiyi oyunlardan isə 3,76 milyon avro qazanc götürüb.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

Avropa Liqasının pley-off mərhələsində “Şerif” səddini aşdığı üçün isə əlavə 2,62 milyon avro əldə edilib.

Qrupda qələbə üçün - 570 min avro

Heç-heçə üçün - 190 min avro

Qrupun qalibi üçün - 1 milyon avro

Qrup ikincisi üçün - 500 min avro

1/16 finalda iştirak üçün - 500 min avro

1/8 finalda iştirak üçün - 1,1 milyon avro

1/4 finalda iştirak üçün - 1,5 milyon avro

1/2 finalda iştirak üçün - 2,4 milyon avro

Finalda iştirak üçün - 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.