“Qarabağ”ın qələbə sevinci - Fotolarda

qarabagin-qelebe-sevinci
Oxunma sayı: 3511

Topaz Premyer Liqasında qızıl medalların sahibi “Qarabağ” oldu. Sonuncu turda səfərdə “Neftçi”ni 3-2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə çempionu adına yiyələndi. Yekunda 66 xal toplayan “köhlən atlar” ən yaxın izləyicisini 8 xal qabaqladı.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra baş tutan mükafatlandırma mərasimində komandaya medalları AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər. Tədbirin sonunda “Qarabağ”ın futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıblar.

Qeyd edək ki, bu, ağdamlıların ümumilikdə 7-ci çempionluğudur.

Mükafatlandırma mərasimindən fotoları təqdim edirik: