“Qarabağ”ın qocaman rəqibi - “Dandolk”u yaxından tanıyaq

qarabagin-qocaman-reqibi
Oxunma sayı: 3072

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” ikinci təsnifat mərhələsində “Dandolk” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki,  İrlandiya təmsilçisi birinci təsnifat mərhələsində Latviyanın “Riqa” klubunu mübarizədən kənarlaşdırıb. Komandalar arasında hər iki matç qolsuz başa çatdığı üçün, qalib penaltilər seriyasında müəyyənləşib.

“Dandolk” 1903-cü ildə yaralıdıb. “Qarabağ”ın rəqibi İrlandiya çempionluğunu ən çox qazanan ikinci komandadır.  Ev oyunlarını “Oriel Park”da keçirən “Dandolk” 13 dəfə ölkə çempionluğunu bayram edib, 11 dəfə ölkə İrlandiya kubokunu başı üzərinə qaldırıb. “Oriel Park”a gəlincə, bura süni ot örtüklü arenadır və azarkeş tutumu 4500 nəfərdən ibarətdir.

Komandanın baş məşqçisi Vinni Pertdir. 42 yaşlı çalşdırıcısı 2013-cü ildə “Dandolk”a köməkçi məşqçi kimi gəlib. İrlandiyalı mütəxəssis baş məşqçi kimi komandanın “sükanı arxası”na məhz bu il keçib.

Maraqlı məqamlardan biri də “Dandolk”un heyəti ilə bağlıdır. Belə ki, komandanın “Riqa” ilə “18-lik” heyətində cəmi bir legioner olub. Bu isə Şimali İrlandiyadan olan 27 yaşlı Dean Jarvisdir. O da  “Riqa” ilə oyunda əvəzetmədən daxil olub.

Qeyd edək ki, ləqəbi “ağ zambaqlar” olan “Dandolk”un prezidenti Mixael Treasidir.