”Qarabağ”ın rəqibi Bakıya gəlir

qarabagin-reqibi-bakiya-gelir-
Oxunma sayı: 739


 “Qafqazinfo”  Apasport.az saytına istinadən  məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində rəqibi bu gün Bakıya üz tutacaq.

“Pyast”ın nümayəndəsi Metyu Malekin sözlərinə görə, komanda bir neçə saat sonra ölkəmizə yollanacaq: “Biz konsulluğa, səfirliyə viza almaq üçün lazımı sənədləri təqdim etmişik. Məsələnin müsbət həll olunacağına inam böyükdür. Narahatlığa səbəb yoxdur. Saat 17:00-a yaxın Qlivitsedən çıxacağıq. Təyyarə 20:45-də isə Krakovdan uçacaq. Ümid edirik ki, bu yubanma futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir etməyəcək”.

Qeyd edək ki, iyulun 18-də Bakıda meydana çıxacaq polşalılar viza ala bilmədiklərindən dünən planlaşdırdıqları səfərini ertələməli oldular.