“Qarabağ”ın rəqibi bəllidir

qarabagin-reqibi-bellidir
Oxunma sayı: 1533

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən 10 oyunla 2-ci təsnifat mərhələsinə yüksələn 10 komandanın adı müəyyənləşib.
 
Artıq "Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibi bəlli olub. Səfərdə keçirilən ilk görüşdə "Olimpiya"nı məğlub edən Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə "Kukesi" ilə qarşılacaq. Albaniya təmsilçisi öz meydanında qolsuz heç-heçə oynadığı "Valetta" (Malta) ilə səfərdə 1:1 hesablı bərabərə qalıb və bununla da növbəti mərhələyə vəsiqəni təmin edib.