“Qarabağ”ın rəqibi bilindi

qarabagin-reqibi-bilindi
Oxunma sayı: 634

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, komanda bu mərhələdə Moldovanın “Şerif” klubuyla qarşılaşacaq. “Şerif” II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb. Doğma meydanda rəqibini 1:0 hesabıyla məğlub edib Moldova təmsilçisi səfərdə 1:2 hesabıyla məğlub olmasına baxmayaraq III mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Qarabağ”ın “Şerif”lə ilk oyunu 25 iyulda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək. Cavab matçı isə 1 həftə sonra keçiriləcək.