“Qarabağ”ın rəqibi hücumçu transfer etdi

qarabagin-reqibi-hucumcu-transfer-etdi
Oxunma sayı: 4336

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniyanın “Kukesi” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
“Qafqazinfo” xəbər verir ki, Kukesi təmsilçisi “Laçi”dən mozambikli hücumçu Reginaldo Artur Fayfeni transfer edib. 28 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, yeni transferin adı “Qarabağ”la oyunlar üçün iştirak ərizəsinə salınıb.