“Qarabağ”ın rəqibi kimdir?

qarabagin-reqibi-kimdir
Oxunma sayı: 1606

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Partizani” Albaniyanın qədim futbol klublarından biridir. “Qafqazinfo” xəbər verir ki, klubun əsası 1946-cı ildə qoyulub.

Ləqəbi “Qırmızı Demas” olan Tirana təmsilçisi 1947-ci ildə ilk dəfə Albaniya çempionu olub. Ardıcıl ikinci il də birincilik qazanan paytaxt klubu indiyə qədər 16 dəfə ölkə çempionluğunu əldə edib və 15 dəfə də ölkə kubokunu başı üzərinə qaldıra biliblər.

Klub tarixinin ən böyük uğurlarından biri isə 1970-ci ildə Balkan Kubokunu qazanmaqdır. Finalda Bolqarıstan təmsilçisi “Beroe Stara” üzərində qələbə qazanan tiranalılar həmin kuboka da sahib çıxa biliblər.

1957-ci ildən başlayaraq dominantlıq edən komanda kommunist ölkələrin klubları arasında keçirilən çempionata qatıldı. Almaniya, Çexiya təmsilçilərindən üstün olan Tirana təmsilçisi finalda Bolqarıstanın “Sofiya” klubuna uduzaraq gümüş medalla vətəninə qayıtmışdı.

Son 2 ildə mütəmadi olaraq Avropa Liqasının təsnifat mərhələlərində mübarizə aparan “Partizani” elə mübarizəni ilk mərhələdəcə dayandırıb.

2017/2018-ci il mövsümündə Avropa Liqasının ilk təsnifat mərhələsində “Botev Plovdiv”ə uduzan komanda növbəti ildə “Maribor”a məğlub olaraq çıxışını başa vurub.

2018/2019-cu il mövsümünü çempion kimi başa vuran “Partizani”nin 2 il sonra yenidən çempionlar Liqasında mübarizə aparacaq. 2016/2017-ci ildə bu turnirdə çıxış edən komanda 2-ci mərhələdən yarış qoşulub və Macarıstanın “Ferençvaroş” klubuna qalib gəlib 3-cü mərhələyə adlayıb. Orda isə “Zalsburq”a uduzan albanlar Avropa Liqasının pley-off mərhələsinə gedib. Qitənin ikinci dərəcəli klub turnirində isə tiranalılar “Krasnodar”a darmadağınla uduzub.

“Krasnodar”la Avropa Liqasında qarşılaşan və 2 matça 8 qol buraxan “Partizani” üçün Avropa arenasında ən böyük uğur məhz bu mərhələ olub.

Qeyd edək ki, "Partizani" 13 ildir ki, avrokuboklarda heç bir matçın əsas hissəsində qələbə qazana bilmir.