“Qarabağ”ın rəqibləri məlum oldu

qarabagin-reqibleri-melum-oldu
Oxunma sayı: 2561

Son Azərbaycan çempionu “Qarabağ” iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu təlim-məşq toplanışı zamanı 4 yoxlama oyunu keçirəcək. Artıq rəqiblər və oyunların tarixi də bəllidir:

23 iyun. “Qarabağ” - “Ludoqorets” (Bolqarıstan)

26 iyun. “Qarabağ” - “Vakker İnsbruk” (Avstriya)

30 iyun. “Qarabağ” - Suriya yığma komandası

4 iyul. “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna)