“Qarabağ”ın sabiq futbolçuları “Astana”nı qrupa yüksəltdi - Video

qarabagin-sabiq-futbolculari-astanani-qrupa-yukseltdi
Oxunma sayı: 2982

“Qaazaxıstan”ın “Astana” klubu Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Astana” 0:1 məğlub olduğu oyunun revanşında Kiprin APOEL klubunu eyni hesabla məğlub edib.

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.

Ümumi hesab bərabər olduğu üçün əlavə vaxt oynanılıb. Burada isə qol vurulmayıb və penaltilər seriyasına keçilib.

Zərbələrdən yalnız “Qarabağ”ın sabiq futbolçular Pedro Enrike və Riçard Almeyda qapıya yol tapa bilib. Beləliklə, penaltilərdə 2:1 qalib gələn “Astana” qrup mərhələsinə yüksəlib.