“Qarabağ”ın səfər xalı Azərbaycanı reytinqdə irəli apardı

qarabagin-sefer-xali-azerbaycani-reytinqde-ireli-apardi
Oxunma sayı: 1856

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün təmsilçimiz “Qarabağ”ın səfərdə BATE 1:1 bərabərə qalması ölkəmizin hesabında əlavə 0.125 xal yazdırıb.

Nəticə ölkəmiz UEFA reytinqində irəliləyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 24-cü pillədəyik. Azərbaycanın hesabında 18.250 reytinq xalı var. Onun 1.625 (0.875 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.500 xalı var. Ölkəmizin əsas izləyicisi İsrail isə 18.125 xala malikdir.