“Qarabağ”ın yeni transferinin adı açıqlandı

“Qarabağ”ın yeni transferinin adı açıqlandı
Oxunma sayı: 99

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub. 
 
"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu Türkiyənin "Gənclərbirliyi" klubunda forma geyinən Tokelo Rantini rənglərinə bağlamaq istəyir.
 
İddialara görə, hazırda əyalət təmsilçisi xarici menecerlərin kluba təklif etdiyi 26 yaşlı hücumçunun keçidini müzakirə edir. Əgər Qurban Qurbanov razılıq versə, Cənubi Afrika Respublikası millisinin üzvü gələn mövsümdən etibarən "atlılar"ın uğurları üçün çalışacaq. 
 
Qeyd edək ki, milli komandada "Qarabağ"ın hücumçusu Dino Ndlovu ilə komanda yoldaşı olan Tokelo karyerası ərzində "Malmo" və "Bornmut" kimi komandalarda da forma geyinib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi