Yoxlama görüşündə “Qarabağ” üzərində qələbə qazanan Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvintsev açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, mütəxəssis matç haqqında fikirlərini bildirib.
Kalitvintsevin sözlərinə görə, “Qarabağ” onlara qarşı heç də yaxşı çıxış etməyib: ““Qarabağ”ın səviyyəli komanda olması bizi onlara qarşı ciddi hazırlaşmağa məcbur edirdi. Bu komanda çox yaxşı qurulub. Onlar daim Çempionlar Liqası və Avropa Liqasında çıxış edirlər. Düşüncəmə görə, onların hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki bu komanda 2 həftə sonra Çempionlar Liqasına start verəcək.
Onların əvvəlki oyunlarını da izləmişəm və çox xoşuma gəlib. Amma bugünki oyuna baxsaq, hansı komandanın ÇL-ə başlayacağını demək olmaz. Futbolçularımın məsuliyyəti məni sevindirdi. Bugünki qol imkanlarını sabah təhlil edəcəyik”.