Qarabağla bağlı bəyanat

qarabagla-bagli-beyanat
Oxunma sayı: 702

“Qafqazinfo”nun məlumatına görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən Vyanada ATƏT-in yeni baş katibi Lamberto Zannyer və Minsk Qrupunun üzvləri ilə görüşündən sonra bəyanatla çıxış ediblər. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsini, eləcə də Kazanda keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müzakirə ediblər. Həmsədrlərin birgə bəyanatında qeyd olunub ki, Kazan görüşündə tərəflər baza prinsiplərə dair yekun razılıq əldə etməsələr də, görüşdə irəliləyişə nail olunub: “Kazan görüşünün nəticəsi olaraq tərəflər razılığa gəlmək məqsədilə danışıqlara davam edəcəklərini təsdiqləyiblər. Bu da tərəflərə baza prinsipləri əsasında mümkün qədər tez razılaşmaya nail olmaq üçün impuls verir. Mövcud fikir ayrılıqları tərəflərin baza prinsiplərini qəbul etməsinə və sülh müqaviləsinin hazırlanması fazasına keçməsinə mane olmamalıdır. Mayın 26-da Dovildə prezidentlər Dmitri Medvedev, Nikolya Sarkozi və Barak Obamanın bəyanatında bildirildiyi kimi, prosesin ləngidilməsi tərəflərin razılığa nail olmaq istəklərini şübhə altında qoya bilər”.

Nərgiz Ehlamqızı