““Qarabağ”la bir daha qarşılaşmaq istərdik”

““Qarabağ”la bir daha qarşılaşmaq istərdik”
Oxunma sayı: 961

Moldova millisinin müdafiəçisi Vyaçeslav Posmak Azərbaycana qarşı keçirdiyi yoxlama görüşündən sonra müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyundan razı qaldınızmı?

- Münasib hava olan məkanda təlim-məşq toplanışı keçirmək həmişə yaxşıdır. Antalyada belə imkanımız oldu, iki yoldaşlıq görüşü keçirdik. Azərbaycanla yaxşı oyun alındı. Belə deyə bilərik ki, bizdə qol imkanı daha çox oldu, nəinki Azərbaycanda. Ancaq onları reallaşdıra bilmədik. Azərbaycan yığması çox yaxşı komandadır. Çox futbolçusunu tanıyıram, onlara qarşı oynamışam.

- “Şerif”in futbolçusu olduğunu nəzərə alsaq, “Qarabağ”la ötən yay Çempionlar Liqasındakı qarşılaşmaları nəzərdə tutursan...

- Bəli, onda II təsnifat mərhələsində rəqib olduq. Səfərdən qolsuz bərabərliklə qayıtsaq da, evdə 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırdıq. Gördüm ki, “Qarabağ”ın millidə çox futbolçusu var. Meydandakıların çoxu tanış idi. Onlar yaxşı səviyyədə oyunçulardır. Komandanız meydanda yaxşı hərəkət edirdi. Ön xəttiniz güclü idi və biz müdafiəçilərə hücumlarınızın qarşısını almaq heç də asan deyildi. Konkret kimisə fərqləndirə bilmərəm, ancaq hər birinə qarşı diqqətli oynamaq tələb olunurdu. Çox yaxşı matç alındı. Fikrimcə, qarşılaşma izləyənlərin xoşuna gəldi.

- Kim qələbəyə layiq idi?

- Yəqin, hamı gördü ki, bizim daha çox qol imkanımız oldu. Bunlardan 2-3-ü yüzfaizli idi. Ancaq təəssüf ki, onları reallaşdıra bildik.

- Ümumiyyətlə, nəticəni ədalətli sayırsan?

(gülür) Yox. Biz qələbəyə daha yaxın idik. Qalib gəlməli, heç olmasa 1 qol vurmalı idi.

- Ancaq onu da nəzərə alaq ki, topa nəzarət, oyunda üstünlük bizim tərəfdə idi...

- Razıyam, topa nəzarət Azərbaycanda daha yaxşı idi. Çünki çox futbolçu bir komandadandır. Onlar “Qarabağ”dan bir-birilərini yaxşı tanıyırlar. Üstəlik, millidə də artıq həmin baş məşqçinin rəhbərliyi altında çıxış edirlər. Bu, təcrübəli mütəxəssis Qurban Qurbanovdur. O, “Qarabağ”da məşqlərdə futbolçulara nə tapşırıqlar verirsə, yığmada da bunu edir. Belə olan halda, aydın məsələdir ki, topa nəzarət onlarda daha yaxşı olacaq. Çünki neçə ildir birgə oynadıqlarından bir-birlərinə yaxşı bələddirlər. Bütün bunları nəzərə alsaq, Qurban Qurbanovun millinizin də baş məşqçisi olması futbolunuz üçün böyük üstünlükdür.

- “Qarabağ”a məğlubiyyətə görə revans hissi var idi?

- Əlbətə, uduzanda istər-istəməz üzülürsən, məğlubiyyətini əvəzini çıxmaq istəyirsən. Ancaq “Qarabağ” çox yaxşı klubdur, böyük ambisiyaları, güclü komandası var. Artıq neçə ildir çempionatda ən güclüdür, 1-ci yeri sahib olur. “Qarabağ” kimi güclü rəqiblə bir daha qarşılaşmaq istərdik.

- Milli səviyyəsində Millətlər Liqasında eyni qrupa düşə bilmədik, ancaq pley-offda, finalda qarşılaşa bilərik. Bunu istərdinmi?

- Əlbəttə. Bir daha qeyd edirəm ki, Azərbaycan millisini çox yaxşı komanda sayaraq bəyənirəm. Ölkəniz də çox yaxşıdır, gözəl paytaxınız var. Bakını çox bəyəndim. Yüksəlişdəsiniz, irəli doğru gedirsiniz.

Elsevər Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi