““Qarabağ”la düşdüyümüz üçün sevinirəm” - “Samtredia”nın baş məşqçisi

““Qarabağ”la düşdüyümüz üçün sevinirəm”
Oxunma sayı: 1153

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Giorgi Tsedsadze  yerli mətbuata danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, açıqlamasında püşkatmanın nəticəsini dəyərləndirib.

Tsedsadze “Qarabağ”ı özləri üçün münasib rəqib sayıb: ““Qarabağ” güclü komandadır. Lakin püşkatmada daha güclü rəqiblər var idi. Azərbaycan təmsilçisi ilə düşdüyümüzə görə sevinirəm. Çox çalışacağıq ki, mərhələni adlayaq. Bunun üçün yaxşı hazırlaşmalıyıq”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi