““Qarabağ”la heç-heçələr biz ÇL-dən kənarda qoydu” - Torres

qarabagla-hec-heceler-biz-cl-den-kenarda-qoydu
Oxunma sayı: 959

"Atletiko"nun futbolçusu Fernando Torres açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, ispan hücumçu komandasının bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Torres "Qarabağ"la matçdakı nəticələrin ÇL-də mövqelərinə təsir etdiyini bildirib:

"Şübhəsiz, biz mövsümə pis başladıq. Amma bu, uzun yoldur. Təqvim də Çempionlar Liqasında bizə təsir etdi. Komanda qeyri-sabit oynayırdı. "Qarabağ"la matçlarda etdiyimiz iki heç-heçə bizi Çempionlar Liqasında mübarizəni davam etdirməkdən məhrum etdi. Ancaq indi başqa şanslarımız var".

Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.