““Qarabağ”la oyuna tələsik başlamamalıyıq, əks halda…” - Solbakken

qarabagla-oyuna-telesik-baslamamaliyiq-eks-halda
Oxunma sayı: 643

“Bu səviyyəni qorumalıyıq. Matça düzgün konsentrasiya bizi qələbəyə apardı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Steyl Solbakken bildirib. 

Danimarka Super Liqasının növbəti oyununda- VI turda evdə “Senderyuske” üzərində 3:2 hesablı qələbədən sonra fikirlərini açıqlayan norveçli mütəxəsssis çempionumuzla avqsutun 23-də keçiriləcək cavab matçı haqda da söz açıb: ““Qarabağ”a qarşı matça da düzgün başlayıb onların fərqlənməsinə imkan verməməliyik. Çempionat oyununda 3 qol vurduq və bu yaxşıdır. Amma "Qarabağ" bugünki rəqibdən fərqli Avropada çox güclü təcrübəyə malik komandadır. Necə oynamağı yaxşı bilirlər. Bu komanda cinahlarda son dərəcə sürətli oyunçulara malikdir. Biz həmin oyuna tələsik başlamamalıyıq. Balansı qorumalıyıq. Əks halda hər şey bitəcək. Əgər əlavə vaxt olsa, güclü olacağıq. Çünki çox önəmli matçdır. Səfərdə sadəcə 0:1 uduzmuşuq. Fürsətimiz var”.