““Qarabağ”la oyundan sonrakı sözlərimi “yeyirəm”” - “Atletiko”nun kapitanı

qarabagla-oyundan-sonraki-sozlerimi-yeyirem
Oxunma sayı: 2011

Dünən UEFA Avropa Liqasının qalibi olan Madrid “Atletiko”sunun kapitanı Fernando Qabi açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Çempionlar Liqasının  qrup mərhələsində “Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra komandasını tənqid etdiyinə görə üzr istəyib. 

Qabi dediyi sözləri geri götürdüyünü bildirib: “Qarabağ”la oyundan sonra komandamı tənqid etmişdim. Həmin oyundan sonrakı sözlərimi “yeyirəm”.  Bu qələbə “Atletiko” üçün böyük uğurdur. Biz çempionluq əldə etmişik. Sadəcə sevinmeliyik”.