““Qarabağ”la oyunların cəzasını çəkirik” - Simeone

qarabagla-oyunlarin-cezasini-cekirik
Oxunma sayı: 1467

“Biz gücümüzü nümayiş etdirdik. Heç bir komandadan zəif olmadığımızı sübut etdik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone deyib.

O, Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Çelsi” ilə 1:1-lik heç-heçədən sonra danışıb. Argentinalı mütəxəssis qrupdan çıxa bilməməklərinə səbəb kimi “Qarabağ”la hər iki oyundakı bərabərliyi göstərib:

“Roma” qrup lideri oldu və biz onlardan iki oyuna 4 xal aldıq. “Çelsi”yə qarşı da yaxşı çıxış etdik. Amma “Qarabağ”la oyunlar üçün bunu deyə bilməyəcəm. Həmin oyunlarda itirdiyimiz xalların cəzasını indi çəkirik”.