“Qarabağ”la “Traktorsazi” qarşılaşacaq

qarabagla-traktorsazi-qarsilasacaq
Oxunma sayı: 651

“Qafqazinfo”nun Ağdam klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komandalar iyulun 11-də Türkiyədə üz-üzə gələcək.
Əslində “Qarabağ”ın planında iyulun 11-də yoxlama oyunu keçirmək yox idi. Amma komandanın baş məşqçisi Qurban Qurbanov sonradan oyunun keçirilməsinə şərait yaradıb.
Xatırladaq ki, “Traktorsazi” İranın Təbriz şəhərini təmsil edir. Başa çatan mövsümdə çempionluğu 1 xalla qaçıran təbrizlilər Asiya Çempionlar Liqasında iştirak edəcək. “Traktorsazi” ev oyunlarını orta hesabla 60000 azərbaycanlının dəstəyi ilə keçirir.