“Qarabağ”lı fanatlardan təhqir

qarabagli-fanatlardan-tehqir
Oxunma sayı: 651

Azərbaycanlı futbol azarkeşləri “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Moldova “Şerif”inin rəsmi “facebook” səhifəsində çoxsaylı təhqiramiz “şüarlar” yazıb.

"Qafqazinfo" xəbər verir ki, Moldova çempionu buna cavab olaraq, adekvat qərar verib.

“Şerif”in “facebook” səhifəsi bu cür ifadələrə yol verən azərbaycanlılara müraciət edib: “Hörmətli azərbaycanlı dostlar!!! Artıq dərəcədə xahiş edirik ki, təhqiramiz ifadələrədək enməyəsiniz və “Şerif” FK-ya verbal hücumlara son qoyasınız. Bunun FK “Şerif”in rəsmi səhifəsini olduğunu nəzərə alaraq, bütün bu tip yazıların çıxarılacağını bildiririk. Anlayışa görə, təşəkkür edirik”.