Qarabağlı gəncin sevgisindən bəhs edən film- - Foto

qarabagli-gencin-sevgisinden-behs-eden-film-
Oxunma sayı: 1001


"Qafqazinfo"ya daxil olan məlumata görə, martın 12-də Londondakı Kino və Televiziya Sənəti Akademiyasında “Qafqaz” bədii filminin premyerası olub.

“Qafqaz” bədii filmi Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir.

Film 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr 1-ci Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin “Xəzər” adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Müharibə bütün amansızlığı ilə əks olunmaqla onun törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır.

Filmin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığı qeyd olunub.