Qarabağlıların aksiyası nəticə verdi

qarabaglilarin-aksiyasi-netice-verdi
Oxunma sayı: 646

Bu haqda AzadlıqRadiosuna Salyandakı hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

Noyabrın 18-də kənd sakinləri Qarabağlıya qaz verilməməsinə etiraz olaraq Şirvan-Salyan yolunu bağlamışdılar. Hətta həmin aksiyadan sonra saxlananlar da olmuşdu.

Emil Məmmədli deyir ki, kəndə «Salyan Oil» şirkətindən qaz verilməsi haqda qərar çıxarılıb:

«Qarabağlıda 800 abonent var. İndilik kəndin 350-400 abonentinə qaz veriləcək. Amma dekabrın 20-dək bütün kənd qazla təmin olunmalıdır. Artıq bu yöndə işlərə başlanıb».