“Qarabağsız Azərbaycan istəmirik!”

qarabagsiz-azerbaycan-istemirik
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, tədbir Xocalı soyqırımının növbəti ildönümünə həsr olunub. Layihənin həyata keçirilməsini Alyansa daxil olan Milli Mədəniyyətin Təbliği İctimai Birliyi öhdəsinə götürüb.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova bildirib ki, layihədə Bakının Nərimanov, Səbail, Binəqədi və Yasamal rayonunda yerləşən 4 məktəb iştirak edib: “Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin Qarabağ problemini unutmaması, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi və bu mövzuda yaradıcılıq nümunələri yaradan istedadlı gənclərin ortaya çıxarılmasıdır. Belə tədbirlər yetişməkdə olan nəslin mənəvi zənginləşməsində, vətənin tarixi keçmişini öyrənməsində müstəsna rolu var. Sizlərin o balaca barmaqlarınızla yaratdıqlarınız bir daha onu deməyə əsas verir ki, evdə valideyinləriniz məktəbdə də müəllimləriniz sizə təhsil qədər önəmli olan mənəviyyatınızın sağlam formalaşmasında az zəhmət çəkməyiblər. Buna görə də onlara dərin təşəkkür edirik”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə məktəblilərin əl işlərini yüksək qiymətləndirib və bu sahədə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib.
Sonra məktəblilərin Qarabağ mövzusunda çıxışları dinlənilib və müsabiqənin qalibləri elan olunub. J. Cəfərova qaliblərə mükafatlar təqdim edib.

Nigar Məmmədli