“Qarabağ:Türk dünyasının ortaq problemi” - Konfrans

qarabagturk-dunyasinin-ortaq-problemi-konfrans
Oxunma sayı: 657

Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının problemidir. Çünki Xocalıda erməni silahlılarının öldürdükləri insanlar məhz türk olduqları üçün vəhşicəsinə qətlə yetirilmişlər.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva Atatürk Mərkəzində keçirilmiş Türk dünyasının “Qarabağ:Türk dünyasının ortaq problemi” adlı beynəlxalq konfransda səsləndirib. Türk coğrafiyasının müxtəlif ölkə və toplumlarının təmsil olunduğu tədbirdə millət vəkili Azərbaycana səfərə gəlmiş yazar və ziyalılara Dağlıq Qarabağ probleminin tarixi kökləri, çar Rusiyası dövründə ermənilərin türklərin tarixi torpaqlarına köçürülməsi siyasətindən bəhs edib. “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq.” Millət vəkili qondarma "erməni soyqırımı” yalanlarına qarşı mübarizədə türk ölkə və toplumlarının fəal olmağa səsləyib. Bu baxımdan da “Gəldik, gördük, yazdıq” layihəsini yüksək dəyərləndirib. Qeyd edib ki, bu layihə çərçivəsində bütün türk dövlət və toplumlarından Azərbaycana səfərə gəlmiş gənc yazarlar Azərbaycanın müasir durumu, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatıyla daha yaxından tanış olub bu münqaişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin kültür müşaviri Seyit Ahmet Arslan qondarma erməni soyqırımından bəhs edərək qeyd edib ki, Osmanlı dövlətinin çətin dövründə aranı qarışdıran erməni əhali Anadolunun cənub şərq hissəsindən imperiyanın digər ərazilərinə köçürüllmüşlər və heç bir soyqırımdan söhbət gedə bilməz.
Şimali Kipr Respublikasının Azərbaycandakı elçisi S.Topçu öz ölkəsinin milli-mübarizə tarixindən söz açıb və qeyd edib ki, zaman-zaman adada yaşayan türk əhalisi də Xocalıda olduğu kimi soyqırım və qətliamlara məruz qalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, Kuzey Kıbrıs öz müstəqilliyini əldə edib.

TUSİAB başqanı Murad Bakır təmsil etdiyi qurumun fəaliyyət göstərdiyi dövrdən bəri Dağlıq Qarabağ məsələsi ilə bağlı layihələrdə fəal olduğunu vurğulayıb və bildirib ki, “Gəldik, gördük, yazdıq” layihəsi uğurlu nəticə göstərəcək.

Qazaxıstandan Nurgali Jusipbay, Makedoniyadan “Ufuk” dərnəyinin təmsilçisi Enes Yıldırım , Eko Avrasya təşkilatının prezidenti Hikmət Ərən, Qırğıızstandan Altınbek İsmayılov və digərləri b Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini və bildirib.