Qaraçuxurlular şoka düşdülər

qaracuxurlular-soka-dusduler
Oxunma sayı: 2150


Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən "Veteranlar" parkında istirahət edən sakinlər ağacdan asılmış kişi meyiti görüblər. 

Təxminən 30 yaşında olan kişi ağacdan asılmış vəziyyətdə aşkarlanıb. Onun nə vaxt və hansı səbəbdən özünü asması məlum deyil. O, parkdakı tut ağacından boğazına ip keçirərək həyatına qəsd edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib.

Suraxanı rayon Prokurorluğundan bildirilib ki, özünü asan şəxsin şəxsiyyəti məlum deyil. Hadisə yerinə istintaq qrupu göndərilib.