Qaradağ məktəbliləri Naxçıvana yola salındı

qaradag-mekteblileri-naxcivana-yola-salindi
Oxunma sayı: 1083

Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq”  devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunub. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sayca 9-cu tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub. Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur –aksiyada iştirak edəcək rayon məktəblilərinin yola salınması ilə bağlı keçirilən görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov  şagirdlərə turun məqsədi barədə məlumat verib. Bildirib ki, ölkə başçısı tərəfindən gənc nəslə göstərilən dövlət qayğılardan biri də bu tipli səfərlərin təşkilidir. 

Qeyd olundu ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq. 

Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və Ə.Əmirov adına Mədəniyyət sarayının kollektivlərinin hazırladıqları  musiqi proqramı təqdim olunub. 

Tur-aksiya iştirakçıları olan IX-XI sinif şagirdləri Bakı-Naxçıvan təyyarə reysi ilə yola salınıblar.