Qaradağ rayonunda əmək yarmarkası - - Fotolar

qaradag-rayonunda-emek-yarmarkasi-
Oxunma sayı: 1154


Baş tutan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli, Bakı şəhər Məşğulluq İdarəsinin rəisi vəzifəsini icra edən Mirsaleh Babayev və işaxtaranlar vətəndaşlar iştirak edirdilər.

Tədbirdə Bakı Gəmiqayırma zavodu, "Qaradağ Maşınqayırma" ASC, "Holcim (Azərbaycan)" ASC, "Norm" MMC, "Access Bank"ASC, "Avanqard-N" şirkəti, "Embawood " MMC, "Inter-Glass" MMC və digər iri müəssisələrin də daxil olduğu, 1-i dövlət, qalanları qeyri-dövlət sektoruna aid ümumilikdə 23 müəssisə üzrə 217 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onlardan 202 vakant iş yeri özəl sektora aiddir. Yarmarkada təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 170-200 manat, ən yüksək həddi isə 1500-2000 manat təşkil edib.

Keçirilən əmək yarmarkasında 350-dən çox işaxtaran iştirak etmişdir ki, onlardan 56 nəfəri göndəriş vərəqəsi alıb, 128 nəfərin isə işəqəbul üçün sənədləri götürülüb.

Əsasən qulluqçu və fəhlə peşələri üzrə vakant iş yerlərinin təklif olunduğu yarmarkada Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatı diqqət mərkəzində saxlanılıb. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərdən 14 nəfəri peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Həmçinin yarmarkada müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərdən 18 nəfərinin Bakı Əmək Birjasında fəaliyyəti təmin olunub.