Qaradağ rayonunda iftar süfrəsi açıldı

qaradag-rayonunda-iftar-sufresi-acildi
Oxunma sayı: 736


"Qafqazinfo" xəbər verir ki, Məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar verdi, dualar oxundu və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirdi. İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu etdi. Ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan geniş danışaraq məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıb.