“Qaradağ Sement” ASC səhmdarlarının illik ümumi yığıncağı keçirilib

“Qaradağ Sement” ASC səhmdarlarının illik ümumi yığıncağı keçirilib
Oxunma sayı: 184

“Qafqazinfo”nun məlumatına görə, yığıncaq iştirakçıları gündəlikdə olan aşağıdakı məsələləri müzakirə ediblər və müvafiq qərarlar yekdilliklə qəbul olunub. Toplantıda səhmdarların illik ümumi yığıncağının gündəliyi, baş direktorun cəmiyyətin 2010-cu ilin illik fəaliyyətinə dair hesabatı, 2010-cu il üçün şirkətin gəlir və xərclər, Təftiş Komissiyasının hesabatları təsdiqlənib, “Qaradağ Sement” ASC-nin Müşahidə Şurası üzvlüyündə Tim Zur Kamran Abbasov ilə əvəz olunub.

Qeyd edək ki, Holcim Ltd şirkəti “Qaradağ Sement” ASC-nin nizamnamə fondunun 66%, AİŞ isə 10%,-nə malikdir. Səhmdarlardan digər iki hüquqi şəxs - Avropa Yenidənqurma və İnkişaf Bankı və Holcim Auslandbeteiligungs GmbH - şirkətin ümumi səhmlərin sayına müvafiq olaraq 10% və 3,61% malikdirlər. Səhmdarlar arasında 5-ci hüquqi şəxs hesab olunan “Azər İnvest Kompani” MMC ümumi səhmlərin 0,43% malikdir. Ümumi səhmlərin qalan 10%- i isə fiziki şəxslərə məxsusdur.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi