Qaradağda bina yandı, 20 nəfər təxliyə edildi

qaradagda-bina-yandi-20-nefer-texliye-edildi
Oxunma sayı: 1312

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb. Hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil veriliib, vəziyyəti normaldır.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.