Qaradağda daha bir avtobus qəzası

qaradagda-daha-bir-avtobus-qezasi
Oxunma sayı: 646

Anspress-in məlumatına görə, Qaradağ rayonu, Sahil qəsəbəsində rayonlararası işləyən sərnişin avtobusu "KamAZ"la toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, toqquşmadan sonra yük maşını yoldan çıxaraq ağaca dəyib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Qəza yerinə bir neçə təcili yardım maşını cəlb olunub.

Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqləsələr də, hələ ki, əlavə məlumatları olmadıqlarını bildiriblər. Qəza magistral yolda baş verdiyi üçün hadisə yerinə təhqiqat aparmaq üçün Dövlət Yol Polis İdarəsinin əməkdaşları gediblər.