Qaradağda dini icmalarla görüş keçirildi

qaradagda-dini-icmalarla-gorus-kecirildi
Oxunma sayı: 783


Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov, dini icmaların nümayəndələri və rayon ziyalıları  iştirak ediblər.

İcra başçısı Süleyman Mikayılov deyib ki, əsrlər boyu islam dini ölkəmizdə inkişaf etmiş digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu birgə yaşayışın nümunəsinə çevrilib. Mübariz Qurbanlı bildirdi ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini deyib. “Ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var”. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.