Qaradağda faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunub

qaradagda-fasizm-uzerinde-qelebenin-73-cu-ildonumu-qeyd-olunub
Oxunma sayı: 1670

Mayın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” Abidə Kompleksinin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə  Qaradağ  Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilib.

S. Mikayılov, veteranlar və Şura üzvləri hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra Böyük Vətən Müharibəsi veteranları və veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçıları ilə görüş keçirilib, onların istək və arzuları dinlənilib.

İcra Hakimiyyəti tərəfindən 2 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 38 nəfər veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçısına maddi yardım göstərilib.