Qaradağda Novruz şənliyi təşkil olundu - Fotolar

qaradagda-novruz-senliyi-teskil-olundu
Oxunma sayı: 1070

Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, bayram münasibətilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Aydın Hüseynov bayram tonqalını yandırıblar. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edib.

Süleyman Mikayılov hamını bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib.  

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Tədbir iştirakçıları bayram süfrəsinə qonaq ediliblər.

Tədbirin sonunda bayram konserti keçirilib.