Qaradağda partlayış olub

qaradagda-partlayis-olub
Oxunma sayı: 639

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan 1 nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb. Yanğın hadisəsi və dağıntı olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.