Qaradağda vulkanın püskürdüyü ərazidə vəziyyət necədir? - Video

qaradagda-vulkanin-puskurduyu-erazide-veziyyet-necedir
Oxunma sayı: 2428

“Yerli əhalinin dediyinə görə, səhər saat 5 radələrində çox güclü qaz uğultusu səsi gəlib və daha sonra bu prosesin davamı olaraq Otman-Bozdağ palçıq vulkanında oyanma baş verib”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev bildirib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında baş vermiş püskürmə nəticəsində ərazidə yaranmış çatlar 80-90 metr dərinlikdə yerləşir:

“Aktivləşmə 5 hektar ərazini əhatə edir. Artıq proses səngimək üzrədir. Bir neçə yerdə hündürlüyü 5 metrə çatan alov sütunu qalıb. Püskürmə nəticəsində cənub-şərq istiqamətində eni 100 metrə yaxınlaşan kaldera əmələ gəlib. Bu kaldera boyunca cənub-şərq istiqamətində sübh tullantıları axıb və həmin vulkan dilinin uzunluğu 3, 5 kilometrə yaxınlaşır. Onun son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə doğu olan məsafə 2 kilometrdir. Yəni heç bir təhlükə yaratmayıb”, - deyə o, söyləyib.