Qaradağda yeni salınmış məhəllədə əhali ilə görüş

qaradagda-yeni-salinmis-mehellede-ehali-ile-gorus
Oxunma sayı: 1578

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər olan “Açıq mikrofon” praktikası geniş sürətdə keçirilir. Əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və problemləri operativ aradan qaldırmaqdan ibarətdir.

“Qafqazinfo” xəbər verir ki, növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində Şahin Xəlilov küçəsində olmuşdur. Burada həm də yeni təmir edilmiş abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışı keçirilmişdir.

Açılış mərasimində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşdur.

Görüşdə çıxış edən 20 nəfər sakin onları narahat edən məsələlərin həlli üçün müraciət etdilər və onların qaldırdıqları problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aidiyyəti üzrə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.