Qaradağda yol qəzası - 1 ölü, 1 yaralı + Fotolar

qaradagda-yol-qezasi
Oxunma sayı: 2279

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb və bir nəfər yaralanıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ilə yol hərəkəti qaydasını pozaraq sağ zolaqda hərəkət edən “KaMAZ” markalı nəqliyyat vasitəsinin arxasına çırpılıb. 

Nəticədə sürücü Q.Ağamalıyev ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. “VAZ 2107”-də olan sərnişin Cəfərov Lətif Razı oğlu isə avtomobildə sıxılaraq ölüb.

Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.