Qarant Investin bir yaşı tamam olub

qarant-investin-bir-yasi-tamam-olub
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, şirkətin direktoru Fərid Səttərov bildirib ki, ötən bir il Qarant İnvest üçün çox uğurlu olub: “Şirkət bir il ərzində investorlara xarici şirkətlərin səhmlərin alınmasında yardımçı olub. Bu il şirkətimiz 5 il müddətinə broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bundan başqa şirkət çox qısa vaxt kəsiyində özünü tanıda bildi və inkişaf etdi. Növbəti illərdə də bu uğurumuzu davam etdirmək niyyətindəyik”.

Qarant Invest 2011-ci ildə ZQAN Holding tərəfindən yaradılıb. Şirkət 2011-ci ilin noyabr ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə broker fəaliyyətilə məşğul olmaq üçün lisensiya alıb.

Nigar Məmmədli