“Qarant Sığorta” BMT-nin Qlobal Saziş Şəbəkəsinin Azərbaycan üzrə təmsilçisi oldu

qarant-sigorta-bmt-nin-qlobal-sazis-sebekesinin-azerbaycan-uzre-temsilcisi-oldu
Oxunma sayı: 637

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, şəbəkənin əsas məqsədi dünya üzrə şirkətləri, qurumları, təşkilatları BMT-nin Qlobal Saziş təşəbbüsünün insan haqqları, əmək, ətraf-mühit və anti-korrupsiya sahələrinə aid 10 prinsipini dəstəkləmək və təbliğ etməkdir.

“Qarant Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Fuad Allahverdiyev deyib ki, şirkət şəbəkədə təmsil olunan gündən 10 prinsipi dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.

Nigar Məmmədli