Qarayev gürcü səfirlə görüşdü

Qarayev gürcü səfirlə görüşdü
Oxunma sayı: 22

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, nazir iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, son illərdə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və müştərək layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Turizmin Gürcüstan və Azərbaycan üçün prioritet sahə olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələri üzrə Avropa İttifaqı ilə səmərəli əməkdaşlığından söz açıb.

Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə səfirə məlumat verilib. Turizmin nəinki mədəniyyətin, eləcə də iqtisadiyyatın və digər sahələrin inkişafında rolu vurğulanıb.

Səfir Teymuraz Şaraşenidze səmimi qəbula görə nazir Əbülfəs Qarayevə dərin təşəkkürünü bildirib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi